İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, ABŞ hakimiyyəti danışıqları bərpa etmək təklifi ilə İrana ilk müraciət edən və İslam Respublikasına qarşı döyüş əməliyyatlarının dayandırılması barədə mesaj çatdıranlardan olub.
“Amerikalılar bizə danışıqlar təklifi ilə müraciət etdilər. Bundan əlavə, onlar Oman vasitəsilə bizə bir daha bizə qarşı hərbi əməliyyat keçirməyəcəkləri barədə mesaj çatdırdılar”, – deyə o, İran dövlət televiziyasında bildirib. Diplomatın sözlərinə görə, Tehran son iki həftə ərzində gərginlik dövründə Vaşinqtona heç bir sorğu göndərməyib və zərbələr endirməyə davam etməyə hazırdır.
ABŞ-İran münaqişəsinin son eskalasiyası 8 iyulda başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ İslam Respublikasına bir neçə dəfə zərbə endirib və bu, guya Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq baş verib. Elə həmin gün Tramp İranla atəşkəsi dayandırıb. Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omandakı ABŞ obyektlərinə hücum etməklə cavab verib. 24 iyulda iki ölkə hücum mübadiləsini dayandırıb.
İzmedia.az
![]()

