Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin sədri Qriqori Karasin “İzvestiya” qəzetinə müsahibəsində ABŞ–İran münaqişəsinin 2026-cı ilin sonuna və ya gələn ilin əvvəlinə qədər həll olunacağını proqnozlaşdırıb. O bildirib ki, region ölkələri və İran belə gərgin şəraitdə yaşamaqda rahat deyillər, bu səbəbdən qarşıdurmanın illərlə uzanacağı inandırıcı görünmür. Karasin Rusiyanın Yaxın Şərqdə müsbət rol oynadığını vurğulayaraq, diplomatik təmasların, o cümlədən ABŞ Prezidenti Donald Tramp və digər liderlərin iştirakı ilə yüksək səviyyəli görüşlərin baş tutduğunu qeyd edib. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyunda bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalansa da, iyulun 8-də ABŞ Hörmüz boğazı üzrə razılaşmaların pozulduğunu iddia edərək İrana genişmiqyaslı zərbələri bərpa edib.
İzmedia.az
![]()

