“Honda” Yaponiya bazarı üçün “Accord” modelini yeniləyib

1 Min Read

“Honda Motor” şirkəti Yaponiyanın daxili bazarı üçün “Accord” sedanında cüzi dizayn dəyişiklikləri edib.

“Drom.ru” saytının məlumatına görə, fara bölməsindəki yan işıqlar narıncı əvəzinə rəngsiz olub. Bamperlərin və kandarların aşağı hissəsindəki aerodinamik örtüklər, eləcə də barmaqlıq və fara bölməsi arasındakı elementlər artıq qara deyil, kuzov rəngində təqdim edilir.

Modeldə heç bir texniki dəyişiklik edilməyib. 2024-cü ildən Yaponiya bazarında təklif olunan “Honda Accord XI” 2,0 litrlik LFA benzin mühərriki və elektrik mühərrikindən ibarət 184 at güclü hibrid güc aqreqatı ilə təchiz olunub.

Avtomobilin ölçüləri:

  • Uzunluğu: 4971 mm

  • Eni: 1862 mm

  • Hündürlüyü: 1450 mm

  • Təkər bazası: 2830 mm

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş