Dmitriyev: Qlobal aviasiya böhranı daha böyük iqtisadi şokların xəbərçisidir

1 Min Read
2773091 14.01.2016 Генеральный директор Российского фонда прямых инвестиций Кирилл Дмитриев на панельной дискуссии "Компании с государственным участием – двигатель или тормоз экономики?" в рамках Гайдаровского форума 2016 "Россия и мир: взгляд в будущее", проходящего в Российской академии народного хозяйства и государственной службы при Президенте Российской Федерации. Рамиль Ситдиков/РИА Новости

Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev bildirib ki, enerji bazarında gərginlik və yanacaq qiymətlərinin artması qlobal aviasiya sektorunda ciddi böhrana səbəb olub.

O, X sosial şəbəkəsində yazıb: “May ayında 12 min uçuş ləğv edilib. Proqnozlaşdırıldığı kimi, qlobal aviasiya şoku sürətlə yayılır və digər sahələrdə daha ciddi böhranların xəbərçisidir”.

Dmitriyev bu fikirləri “The Kobeissi Letter” nəşrinin məlumatlarına münasibət bildirərkən səsləndirib. Nəşr “Financial Times”a istinadən qeyd edib ki, son iki həftə ərzində dünya üzrə aviaşirkətlər mövcud sərnişin yerlərinin sayını 2 milyon azaldıb və may ayı üçün planlaşdırılan 12 min uçuşu ixtisar ediblər. Nəticədə ümumi mövcud yerlərin sayı 130 milyona düşüb.

Rusiya rəsmisi daha əvvəl də xəbərdarlıq etmişdi ki, neft qiymətlərinin rekord səviyyəyə yüksəlməsi fonunda dünya tarixinin ən böyük enerji böhranlarından birinə doğru gedir.

Onun sözlərinə görə, qlobal enerji bazarındakı gərginlik Yaxın Şərqdəki münaqişələr, o cümlədən ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, eləcə də Hörmüz boğazında gəmiçiliklə bağlı risklərlə bağlıdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş