Türkiyənin Manisa vilayətinin Salihli rayonundakı qədim Sardis şəhərində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrin birinci yarısına aid 2,2 metr hündürlüyündə mərmər gənc kişi heykəli tapılıb.
Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib. Nazir kəşfin Anadolu arxeologiyasına işıq salacaq unikal bir tapıntı olduğunu, monumental ölçüsü və detallarının yaxşı qorunması ilə həmin dövrün heykəltəraşlıq sənətinin nadir nümunələrindən biri sayıldığını vurğulayıb.
Qazıntılar Mədəni İrs və Muzeylər Baş İdarəsinin koordinasiyası ilə aparılıb. Heykəlin Roma dövründə kolonada küçəsinin döşənməsində tikinti materialı kimi üzüaşağı yerləşdirilməsi onun əsas detallarının əsrlər boyu zədələnmədən günümüzə çatmasına səbəb olub.
İzmedia.az
![]()

