“Mossad”ın yeni rəhbəri İranda çevriliş planına məsul olan iki yüksəkvəzifəli şəxsi işdən çıxarıb

1 Min Read

İsrailin “Channel 12” televiziya kanalının verdiyi məlumata görə, İsrail Xüsusi Xidmət Məqsədli Kəşfiyyat Agentliyinin (“Mossad”) yeni rəhbəri Roman Qofman İranda rejim dəyişikliyi və çevriliş planının hazırlanmasında iştirak edən iki yüksək vəzifəli rəsmisini vəzifəsindən kənarlaşdırıb. Qərar kəşfiyyat idarəsinin dekabr ayında təyin olunmuş rəhbərinə və agentliyin İran bölməsinin başçısına şamil edilib.
Məlumata görə, hər iki rəsmi şəxs İranın etnik azlıqlarının dəstəyi ilə İslam Respublikası rəhbərliyinin devrilməsini və yeni hökumətin yaradılmasını nəzərdə tutan əməliyyat planının müəlliflərindən olub. Təklifin ABŞ Prezidenti Donald Trampa təqdim edildiyi, lakin müxtəlif səbəblərdən reallaşdırılmadığı bildirilir. Amerika rəsmiləri müharibədən əvvəl Trampa İsrailin İranda rejim dəyişikliyi ehtimalları ilə bağlı qiymətləndirmələrinin qeyri-real olduğu barədə xəbərdarlıq ediblər.
Təhlükəsizlik mənbələri bildirirlər ki, Roman Qofman ilə həmin rəhbərlər arasında əvvəldən fikir ayrılıqları mövcud olub. İstefaların “Mossad”ın yenidən qurulması çərçivəsində qarşılıqlı razılıq əsasında baş tutduğu və hər iki şəxsin agentlik daxilində başqa vəzifələrdə fəaliyyətlərini davam etdirəcəkləri vurğulanır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş