Trampın qolf klubunun yaxınlığında silahlı şəxs həbs edilib

1 Min Read

CNN-in məlumatına görə, federal agentlər Cənubi Kaliforniyadakı “Trump National Golf Club” ərazisində şübhəli şəxs müşahidə etdikdən sonra 38 yaşlı silahlı kişi saxlanılıb.

ABŞ Məxfi Xidməti həmin şəxsin Prezident Donald Tramp üçün təhlükə yaradıb-yaratmadığını araşdırır. Mənbələr bildirir ki, hazırda onun prezidentə hücum planlaşdırdığına dair hər hansı birbaşa sübut olmasa da, təhqiqat davam edir.

Hüquq-mühafizə orqanları həbs barədə məlumat yayarkən Tramp Kaliforniyaya uçan “Air Force One” təyyarəsində olub. ABŞ prezidenti çərşənbə axşamı qolf klubunda keçiriləcək Respublikaçıların Milli Komitəsinin şam yeməyində iştirak etmək üçün əraziyə gəlib.

Məlum olub ki, Dauni şəhər sakini, 38 yaşlı Janin Con Taele (Jeanine John Taele) həmçinin El Segundo polisi tərəfindən soyğunçuluq işi ilə əlaqədar istintaq altında olub.

Polisin bildirdiyinə görə, həmin şəxs ərazidə “təhlükəsizlik planlaşdırılması tədbirlərini” izləyirmiş kimi görünüb. O, gizli odlu silah gəzdirmək və qadağan olunmuş sursat saxlamaq ittihamları ilə həbs edilsə də, məhkəmədə özünü günahkar bilməyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş