Cəlilabad rayon Mərkəzi Xəstəxanasında bir çox çatışmamazlıqlar barədə zaman zaman mediada yazılar paylaşılıb.
Hal hazırda xəstəxanada həkim çatışmamazlığı ilə bərabər bir çox avadanlıqlarda da çatışmamazlığ mövcuddur.
250 min əhaliyə xidmət göstərməsi nəzərdə tutulan rayon mərkəzi xəstəxanasında hal hazırda rentgen cavablarını çap etmək mümkün deyildir.
İzmedia.az xəbər verir ki, Səfərbərlik xidməti tərəfindən çağırışçıların ilkin müayinə olunması üçün göndərilən çağırışçılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasında tam yoxlanıla bilmir.
Saytımıza müraciət edən çağırışçı bildirib ki, Fərəc adlı həkim rəy verə bilmək üçün ondan Rentgen görüntüsünün plyonkada çap olunmuş görüntüsünü istəyir lakin Rentgen həkimi Aslan doktor ya Plyonka(xüsusi lent )yoxdur deyir yada Çap edən cihazın xarab olduğunu qeyd edir.
250 min əhalinin ümüd olduğu yeganə cihaz sıradan çıxıb.
Maraqlıdır hər ay müxtəlif adlarda tenderlər elan edən bir qurumun bir cihazı düzəltməyə maddi imkanı çatmır yoxsa burada xüsusi səbəblər var ?
Ola bilərmi ki, burada çağırışçıların rüşvət müqabilində çağırışdan yayınmasına köməklik göstərilir?
Bir xəstəxana daxilində həkimlər arasında olan bu intiriqa nədən xəbər verir?
Araşdırmanın nəticələri barədə əlavə yazı saytımızda yayımlanacaq
![]()

