Donald Tramp silah ehtiyatları və Pit Heqsetlə bağlı iddiaları saxta xəbər adlandırıb

1 Min Read

ABŞ Prezidenti Donald Tramp orduda silah və sursat çatışmazlığı, eləcə də Müdafiə naziri Pit Heqsetlə fikir ayrılığı yaşaması barədə mediada yer alan məlumatları kəskin şəkildə təkzib edib. O, “Truth Social” sosial şəbəkəsindəki hesabında bu kimi iddiaları “yalan və tamamilə əsassız xəbərlər” kimi qiymətləndirərək, Heqsetin fəaliyyətindən son dərəcə məmnun olduğunu bildirib.
Tramp ölkənin böyük sursat ehtiyatlarına malik olduğunu və onların istehsalının fasiləsiz davam etdiyini vurğulayıb. Prezident, həmçinin Müdafiə naziri Pit Heqsetin fəaliyyətini yüksək qiymətləndirərək, onun orduda böyük hörmət qazandığını, Müxtəliflik, Bərabərlik və Daxilolma (DEI) proqramlarının ləğvi və hərbi xidmətə qəbulun tarixi göstəricilərə çatdırılması istiqamətində mühüm addımlar atdığını qeyd edib.
Silah arsenalı ilə bağlı xəbərlərə toxunan ABŞ lideri, xüsusilə “The Washington Post” qəzetini hədəf alaraq, həmin nəşrin yaydığı məlumatları yalan adlandırıb və bu cür yazıları “xəyanət” kimi xarakterizə edib. Ağ Ev və Pentaqon nümayəndələri də daha əvvəl Amerika mediasında İrana qarşı hərbi əməliyyat fonunda bəzi dəqiq idarə olunan raket ehtiyatlarının azalması ilə bağlı dərc olunan hesabatları qətiyyətlə rədd etmişdilər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş