Almaniya İqtisadiyyat Nazirliyi ölkənin Beynəlxalq Enerji Agentliyi (BEA) tərəfindən mart ayında müəyyən edilmiş strateji enerji ehtiyatlarının növbəti mərhələdə bazara çıxarılması prosesinə qoşulacağını açıqlayıb.
Nazirliyin sözçüsü “Reuters” agentliyinə ünvanladığı açıqlamada ehtiyatların buraxılması ilə bağlı icra mexanizmlərinin hazırda işlənib hazırlandığını bildirib.
Birləşmiş Ştatların təzyiqi altında “Böyük Yeddilik” (G7) ölkələri ötən həftə fövqəladə ehtiyatlardan 100 milyon barel dizel və xam neftin bazara azad edilməsi və enerji ixracına hər hansı məhdudiyyətin qoyulmaması barədə razılığa gəliblər. Lakin ayrılacaq dizel və xam neftin dəqiq nisbəti, eləcə də bu addımın mart ayında götürülmüş 400 milyon barellik əvvəlki öhdəliyin tərkib hissəsi və ya ona əlavə olub-olmaması ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Almaniya hökumətinin rəsmisi isə son təklifin təfərrüatlarına dair əlavə şərh verməyib.
İzmedia.az
![]()

