Səudiyyə Ərəbistanının Ümumi Kəşfiyyat İdarəsinin rəisi Xalid əl-Humaydan İraqın Baş naziri Əli əl-Zeydi ilə regional təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün Bağdada səfər edib. “Al Arabiya” telekanalının verdiyi məlumata görə, görüş krallığa qarşı ehtimal edilən yeni hücumlar barədə kəşfiyyat xəbərdarlıqları fonunda baş tutub.
Danışıqların yekununda tərəflər təhlükəsizlik sahəsində kooperasiyanı gücləndirmək, məlumat və kəşfiyyat mübadiləsini davam etdirmək barədə razılığa gəliblər. Əl-Humaydan Səudiyyə Ərəbistanı rəhbərliyinin İraqın Baş nazirinə Ər-Riyada rəsmi səfərlə bağlı yenilənmiş dəvətini də çatdırıb.
Səfər Səudiyyə Ərəbistanı kəşfiyyatının Yəməndəki husilər, İraqdakı silahlı qruplaşmalar və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) krallığa qarşı birgə hücumlar hazırladığına dair etibarlı məlumatlar əldə etdiyini açıqlamasından sonraya təsadüf edir. Baş nazir Əli əl-Zeydi İraq ərazisindən qonşu dövlətlərə qarşı hər hansı təxribat və hücum üçün istifadə olunmasına icazə verilməyəcəyini bir daha bəyan edib.
İzmedia.az
![]()

