Ukrayna hökuməti Rusiya ordusunun sərhəd keçid məntəqələrini davamlı atəşə tutması səbəbindən nəzarət-buraxılış obyektlərinin qonşu dövlətlərin ərazisinə köçürülməsi və birgə məntəqələrin yaradılması imkanlarını müzakirə edir.
“İnterfaks-Ukrayna”nın verdiyi məlumata görə, bu barədə Ukraynanın Yenidənqurma, İnfrastruktur və Nəqliyyat nazirinin birinci müavini Sergey Derkaç Kiyevdə keçirilən “Forbes Ukraine” İqtisadi Davamlılıq Forumunda bəyan edib. Nazir müavini bildirib ki, hazırda bütün qonşu dövlətlərlə alternativ təhlükəsizlik variantları araşdırılır.
Birgə sərhəd-keçid məntəqələrinin xaricdə təşkil edilməsi yalnız təhlükəsizliyi artırmaqla qalmayacaq, həm də gömrük prosedurlarını sürətləndirərək fasiləsiz logistikanı təmin edəcək. Derkaç artıq Polşa ilə belə bir təcrübənin olduğunu və oxşar modelin Moldova daxil olmaqla digər qonşu ölkələrlə də tətbiqinin nəzərdən keçirildiyini vurğulayıb.
İzmedia.az
![]()

