“Reuters” agentliyinin verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp həyati əhəmiyyətli mineralların hasilatı və batareya komponentlərinin istehsalı layihələrinə 3 milyard dollar dövlət vəsaitinin ayrılacağını bəyan edib. Vaşinqton bu addımla daxili istehsalı artırmağı, milli təhlükəsizliyi gücləndirməyi və Çindən olan tədarük asılılığını azaltmağı hədəfləyir.
Tramp ABŞ Dövlət Departamentində mədənçilik şirkətlərinin rəhbərləri, investorlar və təhsil müəssisələrinin nümayəndələri ilə görüşündə “Biz Amerikanı dünyanın mədən supergücü kimi layiq olduğu yerə qaytarırıq” fikrini səsləndirib.
Maliyyə paketinin əsas istiqamətləri
-
Sila Nanotechnologies: Müdafiə Nazirliyinin Strateji Kapital Ofisi (OSC) litium-ion batareya komponentləri istehsal edən şirkətə 1,4 milyard dollarlıq şərti kredit ayırır.
-
Sunrise Energy Metals: Skandium mədənçiliyini inkişaf etdirən Avstraliya şirkətinə 400 milyon dollar maliyyə dəstəyi verilir.
-
Niron Magnetics: Maqnit istehsalçısı olan müəssisəyə 150 milyon dollar kredit ayrılıb.
-
ABŞ İxrac-İdxal Bankı: Westwater Resources, Global Advanced Metals və 5E Advanced Materials şirkətlərinə kritik mineral layihələri üçün ümumilikdə 58 milyon dollar ayrılmasını təmin edəcək.
Təhsil və kadr hazırlığına dəstək
Çinin bu sahədəki akademik və mütəxəssis üstünlüyünə cavab olaraq kadr hazırlığına da vəsait yönəldilir:
-
Energetika Nazirliyi: Ölkənin akkreditə olunmuş 14 mədənçilik məktəbində təhsil proqramlarını genişləndirmək üçün 100 milyon dollar ayıracaq və iki il ərzində məzun sayını ikiqat artırmağı planlaşdırır.
-
Pentaqon: ABŞ-ın üç mədənçilik məktəbindəki layihələrə əlavə 80 milyon dollar investisiya qoyacaq.
İranla münaqişə fonunda hərbi ehtiyatların sürətlə tükanması və müasir silahların (yüksək dəqiqlikli raketlər, qırıcılar, sensorlar) istehsalında volfram, germaniyum, skandium kimi elementlərə tələbatın kəskin artması bu addımların atılmasını zəruri edib.
İzmedia.az
![]()

