Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukraynanın Nijnekamskdakı sənaye və mülki obyektlərə qarşı kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumunu müharibə cinayəti adlandırıb.
Diplomat “Telegram” səhifəsində yazıb: “Nijnekamsk Ukraynanın kütləvi pilotsuz təyyarə hücumuna məruz qalıb. Ölənlər var. Artıq Ukrayna silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayəti nəticəsində həlak olanlar üçün bütün regionda matəm elan etmək qərarı verilib”.
O əlavə edib ki, hücumlarda qırılan hər bir həyat Kiyev rejiminə silah verən Qərb sponsorlarının vicdanındadır: “Belqorodda 30-dan çox, Nijnekamskda isə 50-dən çox mülki şəxs zərər çəkib, o cümlədən ən azı 18 nəfər həlak olub. Kiyev rejiminin Qərb sponsorlarının başa düşməsi və xatırlaması vacibdir ki, qırılan hər bir həyat və məhv edilən hər bir mülki taley qatillərin əlinə silah verən və onlara cinayətlərinə görə cəzadan qaçacaqlarına inandıranların vicdanındadır”.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl hava hücumundan müdafiə sistemlərinin bir gecə ərzində Rusiya regionları üzərində 456 Ukrayna PUA-sını ələ keçirərək məhv etdiyini bildirmişdi. Nijnekamskdakı sənaye və mülki obyektlərə edilən kütləvi dron hücumu nəticəsində Tatarıstan rəhbərinin mətbuat xidmətinin məlumatına görə, 12 nəfər ölüb, daha 39 nəfər yaralanıb.
İzmedia.az
![]()

