izmedia.az xəbər verir ki, Mohammad Bagher Ghalibaf ölkəsinin mümkün bütün hücumlara hazır olduğunu bəyan edib.
Onun açıqlaması parlament sədrinin rəsmi Telegram kanalında paylaşılıb. Paylaşımda İranın hava hücumundan müdafiə sistemləri və raketlərinin Hürmüz boğazı fonunda təsvir edildiyi görüntü də yer alıb.
Qalibaf bildirib ki, İran silahlı qüvvələri hər hansı hücuma “dərsverici cavab verməyə hazırdır”.
Digər tərəfdən, İran ordusunun sözçüsü Muhammad Ekremi Niya Hürmüz boğazının nəzarətinin ölkəyə böyük iqtisadi üstünlük qazandıra biləcəyini deyib.
O qeyd edib ki, bu strateji bölgəyə nəzarət İranın neft gəlirlərinin ikiqat artmasına səbəb ola bilər və ölkənin xarici siyasətdəki gücünü artırar.
Sözçü həmçinin Hürmüz boğazının bir hissəsinin İran Hərbi Dəniz Qüvvələri, digər hissəsinin isə İran İnqilab Keşikçiləri tərəfindən nəzarətdə saxlandığını iddia edib.
![]()
