Medvedev gənc rusiyalıları sərt tənqid etdi: “Onların beyin problemləri var”

1 Min Read
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkə gənclərinin bir qismini vətənpərvərlik hisslərini bölüşmədiklərinə görə kəskin tənqid edib.
Rusiya mediasının məlumatına görə, siyasətçi mövcud tarixi mərhələni “çox çətin və dramatik dövr” adlandıraraq, bəzi gənclərin vətəndaşlıq mövqeyinin onu təəccübləndirdiyini bildirib. Gənclərin bu cür davranışını “axmaqlıq” kimi qiymətləndirən Medvedev, onların “beyin problemləri” olduğunu iddia edib.
Təhlükəsizlik Şurasının sədr müavini həmçinin əlavə edib ki, gənc rusiyalıların mühüm bir hissəsi xarici təsirlərə məruz qalır; onlar ölkədə və dünyada baş verən hadisələrə müxalif mövqe nümayiş etdirmək üçün “pulsuz vəsaitlər və vədlərlə” aldadılırlar.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş