NATO-dan yeni strategiya: Rusiya təhlükəsinə qarşı süni intellekt və dron ordusu

1 Min Read
NATO gələcək müharibələrə baxışını köklü şəkildə dəyişdirərək dronlara, peyklərə, sensorlara və süni intellekt texnologiyalarına üstünlük verməyə başlayır. Alyansın şərq cinahında – Finlandiyadan Qara dənizə qədər olan geniş ərazidə vahid müşahidə sisteminin yaradılması planlaşdırılır. Bu sistem potensial Rusiya hücumlarını daha çevik aşkarlamağa və onları dəf etməyə imkan verəcək.
Ukraynadakı müharibə təcrübəsi bu texnologiyaların inkişafında əsas ilham mənbəyi olub. Ukrayna ordusu hazırda dronların idarə edilməsi, naviqasiyası və zərbə dəqiqliyinin artırılmasında süni intellektdən fəal istifadə edir.
NATO-nun rəqəmsal sistemlər üzrə məsul rəsmisi, ABŞ ordusunun mayoru Ben Şiff “Bild” nəşrinə açıqlamasında bildirib ki, gələcəkdə muxtar maşınlar döyüş meydanında mühüm tapşırıqları icra edə biləcək. Dronlar hədəfləri axtaracaq, yerüstü robotlar isə təhlükəli missiyaları yerinə yetirərək əsgərlərə yük daşıyacaq. “Qərarları insanlar verir, lakin onların uçuşu mütləq özlərinin idarə etməsi şərt deyil. Çünki bizim bir milyon pilotumuz yoxdur, birdən-birə bir milyon dronu havaya qaldıra bilmərik”, – deyə o qeyd edib.
Alyans rəsmiləri vurğulayır ki, avtomatlaşdırmada məqsəd insanları tam əvəz etmək deyil, hərbi heyət üçün riskləri minimuma endirmək və silahlara nəzarəti insanların əlində saxlamaqdır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş