İrana Qarşı Təcavüzdə İştirak Edən ABŞ Hərbçiləri Üçün Pul Mükafatı Təyin Olundu

1 Min Read

İran Ordusunun Baş Komandanı general-mayor Əmir Xatəmi İrana qarşı təcavüzdə iştirak edən amerikalı hərbçilərin öldürülməsi və ya əsir götürülərək təhvil verilməsi üçün xüsusi pul mükafatı elan edib. “Pars Today” nəşrinin yaydığı məlumata əsasən, bu addım “maliyyə cihadı” çərçivəsində hazırlanıb.
Qərara əsasən mükafat şərtləri aşağıdakı kimi müəyyənləşdirilib:
  • Standart mükafat: İran ərazisinə və ya ərazi sularına hücum edən ABŞ hərbçisini öldürən və ya əsir götürərək təhvil verən hər bir şəxsə 5 milyard tümən (təxminən 27.000–30.000 dollar) veriləcək.
  • Qadınlar üçün ikiqat mükafat: Amerikalı hərbçini zərərsizləşdirən və ya əsir götürən iranlı qadınlar üçün mükafat məbləği iki dəfə artırılaraq 10 milyard tümənə çatdırılacaq.
Məlumata görə, mükafat fondu Ordu tərəfindən “maliyyə cihadı”nda iştirak edən vətəndaşların dəstəyi ilə təmin olunacaq.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş