İsrailin Livandakı hücumu haqqında nələr məlumdur?

2 Min Read

İsrail ordusu Livandakı Hizbullah şiə qruplaşmasının hərbi birləşmələrinə qarşı hücum əməliyyatlarına başlayıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.

İzmedia.az hadisə ilə bağlı əsas məlumatları təqdim edir: 

İsrailin atəş və cavab zərbələri

– Martın 2-si səhər tezdən şimali İsrail Livandan atəşə tutuldu.

– Hizbullah məsuliyyəti öz üzərinə götürərək, İsrail ərazisinə atılan mərmilərin İranın Ali Lideri Əli Xameneinin sui-qəsdinə cavab olduğunu bildirdi.

– Bundan sonra İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə kütləvi zərbələr endirməyə başladı.

– İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir gələcək əməliyyatlar üçün planları təsdiqlədi və qoşunlara davamlı hücum və müdafiə əməliyyatlarına hazırlaşmaq barədə təlimat verdi.

– Livandan atılan atəşdən sonra Zamir İsrail Müdafiə Qüvvələrinin belə bir ssenariyə hazır olduğunu söylədi.

– İsrailin Livan ərazisinə ilk hava hücumları nəticəsində ən azı 31 nəfər həlak olub, 149 nəfər yaralanıb, – ölkənin Səhiyyə Nazirliyi özünün X səhifəsindəki açıqlamada bildirib.

Livan baş nazirinin açıqlaması

– Livanın Baş naziri Nəvaf Salam Livan ərazisindən İsrailə edilən hücumu tənqid edərək, bunu “məsuliyyətsiz bir addım” adlandırdı.

– Rəsmi şəxs X səhifəsində “Livanın başqa bir qumara sürüklənməsinə icazə verməyəcəyini” və “Livan xalqını qorumaq üçün tədbirlər görəcəyinə” söz verdiyini yazıb.

Hizbullah liderinin açıqlaması

– Şiə Hizbullah qruplaşması döyüş meydanını tərk etməyəcək və 28 fevralda İrana hava hücumu zamanı öldürülən Ayətullah Əli Xameneinin təlimatlarına əməl edərək müqavimətini davam etdirəcək. Bu barədə təşkilatın baş katibi Şeyx Naim Qasım İranın ali liderinin sui-qəsdi ilə əlaqədar tərəfdarlarına müraciətində bildirib.

Hücum əməliyyatının başlanması

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib ki, İsrail ordusu Livandakı Hizbullah hərbi birləşmələrinə qarşı hücum əməliyyatlarına başlayıb.

İsraildə ehtiyatda olanların səfərbər edilməsi

– İsrail Müdafiə Qüvvələri İran ətrafındakı vəziyyətlə əlaqədar 100.000 ehtiyatda olan hərbçini hərbi xidmətə çağırmaq niyyətindədir. Bu barədə ordunun mətbuat xidməti məlumat verib.

– İsrail Livan və ehtimal ki, Suriyadakı əməliyyatlar üçün ehtiyatda olan əsgərləri səfərbər edib, lakin İranda quru əməliyyatı üçün yox. Bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov “Rossiya-1” televiziya verilişində bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş