İranın Rusiyadakı səfiri Kazem Cəlali “RİA Novosti”yə açıqlamasında bildirib ki, Ukrayna Xəzər dənizində İran gəmisinə təşkil edilən hücuma görə hələ də Tehrana kompensasiya ödəməyib.
Səfirin sözlərinə görə, İran tərəfi Kiyevdən dəymiş ziyana, eləcə də insident zamanı xəsarət alan və həlak olan dənizçilərə görə təzminat tələb edir. Hazırda iki ölkə arasında kompensasiya məsələsi ilə bağlı danışıqlar davam edir.
-
Hücumun tarixi və nəticələri: İran XİN-in məlumatına görə, iyulun 25-də Xəzər dənizində İran ticarət gəmisinə hücum olunub. Hadisə nəticəsində bir dənizçi həlak olub, digəri isə yaralanıb.
-
Tərəflərin mövqeyi: Tehran hücumu “mülki gəmiyə qarşı yönəlmiş qanunsuz akt” kimi qiymətləndirir. Ukrayna tərəfi isə Xəzər dənizində Rusiya və İran arasında hərbi təyinatlı yüklər daşıyan gəmilərin hədəf alındığını bəyan etmişdi.
-
Diplomatik danışıqlar: Kazem Cəlali vurğulayıb ki, Tehran Kiyevlə aparılan danışıqların müsbət nəticələnəcəyinə və vurulmuş zərərin ödəniləcəyinə ümid edir.
İzmedia.az
![]()

