İsraildən Suriyaya zərbə: Tel-Əviv Türkiyənin hava bazasında möhkəmlənməsinə mane olduğunu iddia edir

1 Min Read
İsrail hərbi hava qüvvələri Suriyanın şimalında, Türkiyə sərhədindən 72 kilometr məsafədə yerləşən Əbu əl-Duhur aviabazasına hava zərbələri endirib. “Axios” nəşrinin Amerika və İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, ərazidəki uçuş-enmə zolaqları və anqarlar ən azı 8 bomba ilə hədəf alınıb.
İsrail rəsmi Vaşinqtona bəyan edib ki, hücumun əsas məqsədi Türkiyə ordusunun bazaya qabaqcıl silah sistemləri yerləşdirməsinin və bölgədə hərbi varlığını genişləndirməsinin qarşısını almaq olub. İsrail tərəfi hücumdan əvvəl Ağ Evi məlumatlandırdığını bildirib.

  • Ankaranın təkzibi: Türkiyə rəsmisi İsrailin iddialarını sərt şəkildə rədd edib: “Hava bazasında Türkiyənin heç bir hərbi varlığı yox idi. İsrail qonşu ölkələri bombalamaq və regionda sabitliyi pozmaq üçün bəhanələr uydurur”.
  • Tramp-Ərdoğan təması: Hücumdan təxminən üç saat əvvəl ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutsa da, Əbu əl-Duhur bazası məsələsinin müzakirə olunub-olunmadığı məlum deyil.
  • ABŞ-ın daxili qiymətləndirməsi: Bəzi yüksəksəviyyəli amerikalı rəsmilər bu hərbi gedişatın İsraildə oktyabr ayında keçiriləcək seçkilərlə və daxili siyasi divident toplamaq cəhdi ilə bağlı olduğuna inanırlar. Tramp administrasiyası Suriya tərəfini təmkinli olmağa çağıraraq, məsələnin seçkilərdən sonra daha rahat həll olunacağını vurğulayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş