Ali Rada Kiyevdə daha təhlükəsiz yerə köçürülə bilər – Ukraynalı deputat

1 Min Read
Ukrayna Ali Radası Kiyevdəki hava hücumu həyəcanlarının tez-tez işə düşməsi səbəbindən fəaliyyətini daha təhlükəsiz yerə keçirə bilər. Yerli medianın məlumatına görə, bu barədə ukraynalı deputat Nikita Poturayev bildirib.
Deputat qeyd edib ki, daimi həyəcan siqnalları parlamentin normal iş rejiminə ciddi mane olur: “Biz bir qanuna səs verdik, çünki bu müddətdə iki dəfə hava hücumu həyəcanı qeydə alındı. Aydındır ki, Ali Rada bu şəraitdə işləyə bilməz. Düşünürəm ki, vəziyyət yalnız daha da pisləşəcək”.
Poturayev, həmçinin əlavə edib ki, Kiyev daxilində parlamentin fəaliyyətini maneəsiz və təhlükəsiz davam etdirə biləcəyi alternativ məkan mövcuddur.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş