Ermənistan hökuməti Çinlə strateji tərəfdaşlığı dərinləşdirmək və Hindistanla əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədir. Bu barədə Nazirlər Kabinetinin avqustun 20-də keçirilən iclasında təsdiqlənən və parlamentə təqdim olunan beşillik fəaliyyət proqramında bildirilir.
Sənədə əsasən, İrəvan 2025-ci ilin avqustunda Ermənistanın Baş naziri ilə Çin Xalq Respublikasının sədri arasında əldə olunmuş razılaşmaların icrasını davam etdirəcək. Hökumət iki ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağı və Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağı hədəfləyir.
Eyni zamanda, İrəvan Hindistanla iqtisadiyyat, müdafiə, nəqliyyat, təhsil, mədəniyyət, səhiyyə və İT sahələrində qarşılıqlı əməkdaşlığın inkişafı üçün fəal işləri davam etdirəcəyini bəyan edib.
İzmedia.az
![]()

