İsrailin müdafiə naziri İsrael Katz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Suriyada təhlükəli gərginlik yaratmaqda ittiham edib.
Nazir sosial media hesabında etdiyi paylaşımda İsrailin təhlükəsizliyinə qarşı heç bir təhdidə göz yummayacağını bəyan edib: “İsrail heç bir aktorun onun təhlükəsizliyini riskə atmasına icazə verməyəcək. Ərdoğan üçün İsrailin özünü müdafiə etmək qətiyyətini sınamaqdansa, Türkiyə Böyük Millət Məclisində ölkəmizə qarşı reallıqdan uzaq, xəyali nitqlər söyləməyə davam etməsi daha yaxşı olardı”.
Bəyanat İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın şimalındakı “Əbu əl-Duhur” hərbi aerodromuna endirdiyi hava zərbələrindən sonraya təsadüf edir. Təl-Əviv tərəfi hücumu həmin bazada Türkiyə hərbçilərinin mövqelənməsi cəhdlərinin qarşısını almaq məqsədilə həyata keçirdiyini bildirib.
İzmedia.az
![]()

