İsrail Silahlı Qüvvələri Livanın cənub bölgələrinə növbəti hava və artilleriya zərbələri endirib. “Al Mayadeen” telekanalının məlumatına görə, hücumlar əsasən ölkənin cənubundakı yaşayış məntəqələrini və strateji əraziləri hədəf alıb.
Məlumata əsasən, Kafr Rummana qəsəbəsi və ətrafı intensiv hava zərbələrinə və artilleriya atəşinə məruz qalıb. Eyni zamanda İsrail hərbçiləri Əl-Xiyam şəhərində genişmiqyaslı bombardman əməliyyatı həyata keçirib.
Bundan başqa, Xiyamla yanaşı Mənsuri və Məcdəl Zun yaşayış məntəqələrində də güclü partlayışlar və artilleriya səsləri qeydə alınıb. İtkilər və dağıntıların miqyası barədə hələlik rəsmi açıqlama verilməyib.
İzmedia.az
![]()

