Lerik rayonunda 20 avqust tarixində əhali arasında İİV infeksiyası barədə maarifləndirmə aparılıb.
“Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi tərəfindən Lerik rayonunda əhali arasında İİV infeksiyası və onun profilaktikası ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Görüş zamanı sakinlərə İİV-in yoluxma yolları, qorunma tədbirləri, erkən müayinənin əhəmiyyəti və sağlam həyat tərzi barədə məlumat verilib. İştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici buklet və broşürlər paylanılıb.
Tədbir çərçivəsində İİV-lə bağlı yanlış təsəvvürlərin aradan qaldırılması və infeksiya ilə yaşayan şəxslərə qarşı ayrı-seçkiliyə yol verilməməsinin vacibliyi də diqqətə çatdırılıb.
Məlumatlı olaq, sağlamlığımızı qoruyaq!
![]()

