ABŞ Ordusu Rusiya-Ukrayna müharibəsində dronların istifadəsi də daxil olmaqla, müasir döyüş təcrübələrini öyrənən və təlimlərə tətbiq edən xüsusi bölməni tədricən ləğv etməyi planlaşdırır. Bu barədə ordu nümayəndəsi “The Hill” nəşrinə məlumat verib.
İtaliyadakı 173-cü Hava-Desant Briqadasının tərkibinə daxil olan Pilotsuz Hücum Batalyonu Almaniyada keçiriləcək son təlimlərdən sonra yenidən öz standart hava-desant piyada missiyasına qayıdacaq. Bu layihə Pentaqonun sabiq rəhbərliyi və ABŞ Ordusunun Avropa üzrə keçmiş komandanlığı tərəfindən eksperimental olaraq dəstəklənirdi.
Ekspertlər və analitiklər bu qərarı kəskin tənqid edirlər. “Yeni Amerika Təhlükəsizliyi Mərkəzi”nin (CNAS) rəsmisi Steysi Petticon bildirib ki, ABŞ kiçik dronların effektiv tətbiqində geri qalır və yalnız texnika almaq kifayət etmir; bu addım ordunun müasir döyüş meydanında köhnəlmiş texnologiyalara bel bağlaması riskini artırır.
İzmedia.az
![]()

