Andrey Zvyagintsevin “Minotavr” filmi Kann festivalında Qran-pri qazandı

Nərmin
1 Min Read

Rusiyalı rejissor Andrey Zvyagintsevin yeni “Minotavr” filmi Cannes Film Festivalnda böyük uğur qazanıb. Ekran əsəri festivalın əsas mükafatlarından biri olan Qran-priyə layiq görülüb.

“Minotavr” rejissorun son illərdə təqdim etdiyi ilk tammetrajlı film hesab olunur. Filmin süjeti 1968-ci ildə çəkilmiş Klod Şabrolun “Sadiq olmayan həyat yoldaşı” filmindən ilhamlanıb. Hadisələr 2022-ci ildə cərəyan edir və əsas qəhrəman həyat yoldaşının xəyanəti ilə bağlı çətin seçim qarşısında qalır. Bununla yanaşı, o, şirkət əməkdaşlarının orduya çağırılması ilə bağlı problemlərlə də üzləşir.

Filmin ssenarisi Andrey Zvyagintsev və Semyon Lyaşenko tərəfindən hazırlanıb. Çəkilişlər Latviyada aparılıb. Rolları Dmitri Mazurov, İris Lebedeva, Anton Litvinov, Boris Kudrin, Yuri Zavalnyuk və Varvara Şmıkova canlandırıblar.

Mükafatlandırma mərasimində çıxış edən rejissor aktual siyasi hadisələrə də toxunub.

Qeyd edək ki, Andrey Zvyagintsev dünya kinosunun tanınmış rejissorlarından biridir. Onun “Leviafan” filmi daha əvvəl “Qızıl qlobus” mükafatına layiq görülüb və bir sıra beynəlxalq festivallarda mükafatlar qazanıb.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş