93 yaşlı Kamerun prezidenti 10 həftəlik yoxluqdan sonra ölkəsinə qayıdıb

1 Min Read

Kamerun prezidenti Pol Biya iki aydan çox davam edən xarici səfərindən sonra ölkəyə qayıdıb. “Associated Press” agentliyinin məlumatına görə, 93 yaşlı dövlət başçısının təyyarəsi Cenevrədən paytaxt Yaundenin beynəlxalq hava limanına enib.
Dünyanın en uzun müddətdir hakimiyyətdə olan prezidenti Biyanın 10 həftədən çox görünməməsi ölkədə onun səhhəti və olası siyasi boşluqla bağlı suallar və narahatlıqlar yaratmışdı. Prezident administrasiyası iyunun 7-də baş tutan səfəri “Avropaya qısamüddətli şəxsi səfər” kimi qələmə versə də, bu, onun idarəçiliyi dövründəki ən uzunmüddətli xarici səfəri olub.
1982-ci ildən beri Kameruna rəhbərlik edən Pol Biya oktyabr ayında keçirilən mübahisəli seçkilərdən sonra noyabrda səkkizinci müddətə prezident vəzifəsinin icrasına başlayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş