Məşhur musiqi albomlarının çıxışı yol qəzalarında ölənlərin sayını artırır

1 Min Read

“JAMA Network Open” jurnalında dərc olunan araşdırma populyar musiqi albomlarının buraxılış günləri ilə ABŞ-da ölümcül yol qəzalarının artması arasında statistik əlaqə olduğunu üzə çıxarıb.
Harvard Tibb Məktəbinin alimləri 2017-2022-ci illər arasında Teylor Svift, Dreyk və Harri Stayls kimi ulduzların 10 məşhur albomunun çıxış tarixlərini təhlil ediblər. Məlum olub ki, top-200 mahnının dinlənmə sayının 43% artdığı günlərdə yol qəzalarında ölənlərin sayı 15,1% çoxalıb. Tədqiqatçılar bu tarixlərdə təxminən 182 əlavə ölüm faktının qeydə alındığını bildirirlər.
Əsas səbəb kimi sürücülərin diqqətinin smartfonlara yönəlməsi göstərilir. Sürücünün sükan arxasında yeni albom seçməsi və ya trekləri dəyişməsi yoldan bir neçə saniyəlik ayrılmasına səbəb olur. Bu göstərici xüsusilə gənc və kişi sürücülər, tək avtomobil idarə edənlər və muasir multimedia sistemli maşın sahibləri arasında daha yüksək olub.
Mütəxəssislər bunun birbaşa sübut deyil, statistik asılılıq olduğunu vurğulayaraq, sürücülərə yola düşməzdən əvvəl pley-listi hazırlamağı və sükan arxasında telefona toxunmamağı tövsiyə edirlər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş