Türkiyə arsenalına yeni pilotsuz uçuş aparatı daxil edib

1 Min Read

Türkiyədə Baykar şirkəti tərəfindən hazırlanmış yeni Bayraktar Kalkan pilotsuz uçuş aparatının qəbul mərasimi keçirilib. Trend-in yerli mediaya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin “Baykar” şirkəti məlumat yayıb .

Bayraktar Kalkan şaquli qalxma və eniş qabiliyyətinə malik pilotsuz təyyarədir.

Cihazın məsafəsi 500 kilometrə qədər, rabitə məsafəsi isə 70 kilometri keçə bilər.

Pilotsuz təyyarənin maksimal uçuş çəkisi 78 kiloqram, faydalı yükün çəkisi isə 3 kiloqramdır.

Şaquli qalxma və enmə imkanları sayəsində cihazın ənənəvi uçuş-enmə zolağına ehtiyacı yoxdur və məhdud məkanlardan istifadə edilə bilər.

Pilotsuz uçuş aparatının uçuş müddəti altı saata qədərdir. Onun uçuş hündürlüyü 6000 fut, uçuş tavanı isə 10.000 futdur. Qanadlarının açılması beş metrə qədərdir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş