Medvedev: Zelenski məhkəməni görməyə bilər

1 Min Read

Qərbin 2008-ci ildən bəri öyrənməli olduğu əsas dərs Rusiya ilə müharibəyə girməyin vacib olmamasıdır: onun tarixində bu cür cəhdlər çoxdur. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Cənubi Osetiya” qəzetinə verdiyi müsahibədə bildirib .

“Nəticə həmişə eyni olub: rus ruhunun və silahlarımızın gücünün qələbəsi, işğalçıların utancverici qaçışı. Milli məsələni qızışdırmaq da mənasızdır. Bu, həmişə təxribatçıların özləri üçün ağrılı, bəzən isə dönməz nəticələrə gətirib çıxarır. Zehni cəhətdən tarazsız Saakaşvili bunu başa düşməyib və indi haradadır, ona nə olub?”

“Əminəm ki, tezliklə neonasist və terrorçunu, Kiyev xuntasının rəhbərini (Ukrayna prezidenti Vladimir Zelenski nəzərdə tutulur — red.) heç də kədərli bir aqibət gözləyir. O, nə həmvətənlərinə, nə də Qərb havadarlarına heç bir faydası olmayacaq. Əgər o vaxta qədər sağ qalmağı bacarsa, cinayətlərinə görə beynəlxalq tribunal olan Nürnberq 2.0 qarşısında dayanacaq”, – deyə o qeyd edib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş