“Fikrin mahiyyəti üçün mübarizə”: Yuşşenko rusdilli Ukrayna hərbçilərinə müraciət edib

Nərmin
1 Min Read

Yuşşenko: milyonlarla Ukraynalı hələ də Ukrayna dilini bilmir

İzmedia.az xəbər verir ki, Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko ukraynalı jurnalistlə müsahibəsində ölkədə tez-tez müzakirə olunmayan bir mövzuya toxunub. O bildirib ki, Ukrayna Silahlı Qüvvələrində (VSU) xidmət edənlər arasında rus dilində danışan hərbçilər kifayət qədər çoxdur və onlara xüsusi yanaşma tələb olunur.

Yuşşenko rusdilli hərbçilərə xidmətlərinə görə təşəkkür edib, lakin eyni zamanda vurğulayıb ki, yalnız cəsarət kifayət deyil. Onun sözlərinə görə, Ukrayna dövlətçiliyi uğrunda mübarizənin əsas hissəsini dil amili təşkil edir.

“Ukrayna subyektivliyi uğrunda mübarizə aparırsınız və onun üçdə ikisini dil müəyyən edir”, — deyə o bildirib.

Keçmiş prezidentin fikrincə, dövlət dili olmadan nə sabitlik, nə də gələcək sosial təminatlar mümkündür.

Yuşşenko xüsusilə 30–50 yaş aralığındakı vətəndaşları qeyd edərək bildirib ki, milyonlarla insan illərdir ukrayna dilini öyrənmir və buna maraq göstərmir. Onun sözlərinə görə, bu vəziyyət sadəcə laqeydlikdir və açıq müqavimətdən daha təhlükəlidir.

Qeyd edək ki, Kiyev son dövrlərdə dil siyasətini sərtləşdirir və bu istiqamətdə yeni koordinasiya strukturları yaradılıb. Rəsmilər rus dilinin təsirinin azaldılacağını bildirirlər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş