Ukraynanın Müstəqillik Günü münasibətilə xoş arzularına görə Türkiyə Prezidenti Ərdoğana minnətdarlığımı bildirirəm. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski yazıb .
“Türkiyənin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz sadiqliyi misli görünməmiş dərəcədə güclü münasibətlərimizin təməlində dayanır. Ukrayna həmçinin ukraynalıların Rusiya əsirliyindən qaytarılması, eləcə də sülhün bərqərar olması səylərində sizin şəxsi iştirakınızı və Türkiyənin vasitəçiliyini yüksək qiymətləndirir”, – deyə Zelenski qeyd edib.
![]()

