“Reuters” agentliyi və iki mənbənin verdiyi məlumata görə, ABŞ İranla gərginlik səbəbindən təxliyə edilmiş və ya ixtisar olunmuş Yaxın Şərqdəki bəzi diplomatik nümayəndəliklərinə heyəti geri qaytarmağa başlayır.
Diplomatların Livan, İsrail, Səudiyyə Ərəbistanı və İraqın Bağdad şəhərindəki nümayəndəliklərə qayıdacağı, Ər-Riyaddakı heyətin ailə üzvlərinə də geri dönməyə icazə veriləcəyi bildirilir.
Mənbələr qeyd edir ki, bəzi səfirliklər ilkin mərhələdə maksimum 85% kadr heyəti ilə fəaliyyət göstərəcək. Bu addım Vaşinqtonun yaxın gələcəkdə İranla münaqişənin kəskinləşməsi və ya genişmiqyaslı hərbi əməliyyatların bərpası riskini aşağı qiymətləndirdiyini göstərir.
İzmedia.az
![]()

