ABŞ Hərbi Dəniz Qüvvələri bahalı PUA-nın itirildiyini təsdiqlədi

1 Min Read

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqdə dəyəri yüksək olan pilotsuz uçuş aparatının (PUA) itirildiyini rəsmi şəkildə təsdiqləyib.

Məlumata görə, aprelin 9-da MQ-4C “Triton” tipli kəşfiyyat PUA-sı qəzaya uğrayıb. Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb. Əməliyyat təhlükəsizliyi səbəbindən qəzanın baş verdiyi dəqiq məkan açıqlanmır.

Bildirilir ki, MQ-4C “Triton” pilotsuz uçuş aparatının təxmini dəyəri 240 milyon dollar təşkil edir.

Mövcud məlumatlara əsasən, həmin gün ABŞ-ın “Northrop Grumman” şirkəti tərəfindən istehsal edilən MQ-4C “Triton” PUA-sı Hörmüz boğazı üzərindən uçuş zamanı qəza siqnalı ötürüb. Uçuş bir müddət davam etsə də, daha sonra cihazın transponder sistemində nasazlıq yaranıb.

Son məlumatlara görə, aparat Bəhreynin şimalında bir neçə dəqiqə ərzində 16 kilometr yüksəklikdən 3 kilometrə qədər enib və bundan sonra transponder siqnalı tamamilə kəsilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş