“Reuters” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası dünya üzrə viza müsahibəsi təyinlərini müvəqqəti olaraq dayandırıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibi bildirib ki, qərar xaricdəki bütün səfirlik və konsulluqlarda başladılan qlobal təlim proqramı ilə bağlıdır və viza xidmətlərinin qrafiki buna uyğun olaraq tənzimlənəcək.
Təlimin dəqiq müddəti və təfərrüatları açıqlanmasa da, qurumdan bildirilib ki, layihənin məqsədi konsulluq əməkdaşlarının müraciət edənləri daha hərtərəfli, ardıcıl qiymətləndirməsini təmin etmək və ABŞ hökumətinin güzəştlərindən sui-istifadə halların qarşısını almaqdır.
İzmedia.az
![]()

