ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədr müavini, senator Mark Uorner sosial media platforması “X”dəki hesabında Vaşinqtonun İranla davam edən hərbi münaqişədə iştirakını kəskin tənqid edib.
Senator bildirib ki, hərbi əməliyyatların uzanması həm hərbçilər, həm də ölkə iqtisadiyyatı üçün ciddi təhlükə yaradır: “İranla müharibənin davam etdiyi hər gün hərbçilərimiz risk altındadır, qiymətlər artır və millətimizin milli təhlükəsizliyi təmin etmək hazırlığı azalır”.
Mark Uorner paylaşımında birbaşa Ağ Ev rəhbərinə müraciət edərək, “Tramp bu fəlakətli və ölümcül müharibəyə nə vaxt son qoyacaq?” sualını ünvanlayıb.
İzmedia.az
![]()

