Rusiya Prezidentinin müşaviri Anton Kobyakov TASS agentliyinə verdiyi müsahibədə ABŞ və müttəfiqlərinin Avrasiyada genişlənmə siyasətini “anakonda prinsipi” kimi qiymətləndirib. Kobyakovun sözlərinə görə, bu strateji xətt Rusiya və Çini isti dənizlərdən, limanlardan və ticarət yollarından təcrid etməyə yönəlib.
Kobyakov geosiyasi vəziyyəti şərh edərkən bildirib:
“Geosiyasət kateqoriyalarına görə qiymətləndirsək, ABŞ-ın peyklərlə, xüsusən də Yaponiya ilə bu genişlənməsi Avrasiyanı şərqdən və cənubdan əhatə edən ‘anakonda’ prinsipini təcəssüm etdirir. Bu, aparıcı kontinental güclər olan Rusiya və Çini isti dənizlərdən ayırmaq, onları limanlara və ticarət marşrutlarına çıxışdan məhrum etmək, geosiyasi blokada halqasında sıxmaq və şimal enliklərinə ‘itələmək’ məqsədi daşıyır.”
İzmedia.az
![]()

