Fransada avtomobil piyadaların üstünə sürüldü: Hadisə Kan yox, Kann şəhərində baş verib

1 Min Read

Fransanın şimal-qərbindəki Kalvados departamentinin mərkəzi olan Kann şəhərində (Caen — cənubdakı məşhur Cannes şəhəri ilə qarışdırılmamalıdır) dəmir yolu vağzalı yaxınlığında avtomobilin bir qrup piyadanın üzərinə sürülməsi nəticəsində 2 nəfər həlak olub, 9 nəfər xəsarət alıb.
Departament prefekti Devid Klavier jurnalistlərə açıqlamasında bildirib ki, sürücü nəqliyyat vasitəsini qəsdən stansiyanın qarşısında toplaşan insanların üzərinə sürüb. Polisin verdiyi məlumata görə, insident barların birinin yaxınlığında düşən dava-dalaşdan sonra baş verib və terror aktı kimi qiymətləndirilmir.
Qaçmağa müvəffəq olan 26 yaşlı sürücü sonradan təxminən 20 km aralıda yerləşən Uistream qəsəbəsində saxlanılıb. Sürücünün Rusiyada anadan olduğu, fərziyyələrə görə daha əvvəl yalnız yol hərəkəti qaydalarını pozduğuna görə qeydiyyata alındığı və kəşfiyyat orqanlarının diqqət mərkəzində olmadığı bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş