“Sinxua” (Xinhua) agentliyinin yerli məmurlara istinadən verdiyi məlumata görə, Çinin cənub-qərbindəki Xizang Muxtar Rayonunda (Tibet), Çin-Nepal sərhədində yerləşən Gironq keçid məntəqəsində dəhşətli palçıq sürüşməsi baş verib.
Hadisə nəticəsində ilkin məlumatlara görə 3 nəfər həlak olub, 2 kənd sakini xilas edilib, 558 nəfər isə itkin düşüb.
Xilasetmə qərargahının birinci komandiri Norbu Tserin mətbuat konfransında bildirib ki, itkin düşənlərdən 260 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Qeyd olunub ki, çərşənbə günü səhər saatlarında Nepal ərazisində başlayan palçıq sürüşməsi Şiqatse şəhərinin Gironq qraflığında yerləşən eyniadlı sərhəd keçid məntəqəsini vurub. Hazırda fəlakət bölgəsində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
İzmedia.az
![]()

