Rusiyanın iri e-ticarət platformalarından olan “Ozon” şirkəti avqustun 27-nə keçən gecə Orenburq və Ufa şəhərlərindəki logistika komplekslərinin pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qaldığını bildirib.
Şirkətin mətbuat xidmətindən verilən məlumatda deyilir:
“Bütün əməkdaşlar dərhal təxliyə edilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur və yanğın qeydə alınmayıb. Orenburqdakı obyekt artıq fəaliyyətini bərpa edib. Ufa logistika kompleksinə isə cüzi ziyan dəyib və hərtərəfli yoxlama aparılanadək müvəqqəti olaraq bağlı qalacaq. Hazırda Ufa tədarükçülərindən malların qəbulu dayandırılıb, tranzitdə olan yüklər digər obyektlərə yönləndirilir. Müştərilər üçün sifarişlərin rəsmiləşdirilməsi qaydasında davam edir.”
Xatırladaq ki, son həftələrdə Rusiyanın iri e-ticarət şəbəkələrinin və logistika mərkəzlərinin pilotsuz uçuş aparatları ilə hədəf alınması hallarında artım müşahidə olunur.
İzmedia.az
![]()

