Yerli medianın və fövqəladə xidmət orqanlarının son məlumatına görə, Nepalın bir neçə regionunda aramsız yağışlar və buzlaq çökməsi nəticəsində yaranan dağıdıcı daşqınlardan sonra tapılan cəsədlərin sayı 165-ə çatıb.
Xilasetmə qrupları hazırda itkin düşmüş 826 nəfərin tapılması üçün helikopterlər və pilotsuz uçuş aparatlarının (PUA) cəlb olunduğu aktiv əməliyyatları davam etdirir.
Təbii fəlakət bölgəsində infrastructure-un sıradan çıxması və rabitənin kəsilməsi səbəbindən 466-sı xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 579 turistlə əlaqə tamamilə kəsilib. İtkin düşən xaricilər arasında Hindistan, ABŞ, Böyük Britaniya, Avstraliya və Kanada vətəndaşlarının çooxluq təşkil etdiyi bildirilir.
Axtarış-xilasetmə tədbirləri Nepalın xüsusilə Nuvakot və Rasuva rayonlarında intensiv şəkildə aparılır.
İzmedia.az
![]()

