Nyu-Yorkun keçmiş meri və ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Rudolf Culiani reanimasiya şöbəsindən evə buraxılıb. Bu barədə onun mətbuat katibi Ted Qudman “X” sosial şəbəkəsində məlumat verib.
“Mer Rudi Culiani reanimasiya şöbəsindən buraxılıb və xəstəxanadan çıxmazdan əvvəl bir müddət sağalma mərhələsində olacaq”, – deyə o bildirib.
Qudman həmçinin Culiani və ailəsi adından ona dəstək olan hər kəsə təşəkkür edərək “sevgi və duaların bolluğunu” qeyd edib.
Keçmiş meri mayın 4-də xəstəxanaya yerləşdiriblər. Həmin vaxt onun vəziyyəti kritik, lakin sabit kimi qiymətləndirilib. Culianinin 81 yaşı var.
Qeyd olunur ki, o, daha əvvəl 2025-ci ilin sentyabrında Nyu-Hempşirdə baş verən avtomobil qəzasından sonra da xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona fəqərə sınığı və müxtəlif xəsarətlər diaqnozu qoyulmuşdu.
İzmedia.az
![]()

