Norveç mediasının, o cümlədən “VG” qəzetinin verdiyi məlumata görə, 89 yaşında vəfat edən Norveç Kralı V Haraldın ardından vəliəhd şahzadə Haakon ölkənin yeni monarxı olub. Tarixçi və kral bioqrafı Tor Boman-Larsenin bildirdiyinə görə, yeni kralın rəsmi adı Dövlət Şurasının iclasında andiçmə zamanı elan ediləcək və onun VIII Haakon adını seçəcəyi gözlənilir.
Qanunvericiliyə əsasən, monarxiya dəyişikliyi ilə bağlı əsas məqamlar aşağıdakı kimidir:
-
Hökumətin məlumatlandırılması: Şahzadə Haakon atasının ölümündən sonra avtomatik olaraq kral hesab olunur. O, yerli vaxtla saat 11:30-da keçiriləcək Dövlət Şurasının iclasında hökuməti V Haraldın vəfatı barədə rəsmən bilgiləndirəcək və ölkənin idarəçiliyini üzərinə götürdüyünü bəyan edəcək.
-
Andiçmə mərasimi: Parlament (Storting) hazırda tətil dövründə olduğu üçün Haakon ilk olaraq Dövlət Şurasında yazılı and içəcək. Oktyabr ayında parlament fəaliyyətini bərpa etdikdən sonra həmin and mətni deputatların önündə oxunacaq.
-
Kral şüarı və Mərasim: Yeni monarx ənənəvi “Hər şey Norveç üçün” (Alt for Norge) şüarını saxlayacaq və ya yeni deviz elan edəcək. Təntənəli xeyir-dua mərasiminin isə ölkənin tarixi rəmzlərindən sayılan və Müqəddəs Olafın məzarının yerləşdiyi Trondheimdəki Nidaros Katedralında keçirilməsi nəzərdə tutulur.
V Harald 35 ilə yaxın davam edən hakimiyyətindən sonra Avropanın en yaşlı monarxı kimi vəfat edib.
İzmedia.az
![]()

