İraqda silahlı şiə qrupları ABŞ obyektlərinə 30-dan çox hücum ediblər

1 Min Read

İraq ərazisində fəaliyyət göstərən silahlı şiə qrupları son 24 saat ərzində həm İraqda, həm də onun sərhədlərindən kənarda ABŞ bazalarına və digər obyektlərinə 30-dan çox hücum həyata keçirdiklərini açıqlayıblar.

Ölkədə fəaliyyət göstərən radikal qrupların çətir hərəkatı olan İraqda İslam Müqaviməti yayımladığı bəyanatda bildirib ki, “son 24 saat ərzində tərəfdarlarımız 31 hərbi əməliyyat həyata keçirərək düşmənin İraqdakı və bölgədəki bazalarına dronlar və raketlərlə hücum ediblər”.

Bundan əvvəl təşkilat üzvləri ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 Stratotanker təyyarəsini İraqın qərbində vurduqlarını da iddia etmişdilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş