Cəlilabadda ev yanaraq külə dönüb

0 Min Read

Cəlilabad rayonunda ev yanaraq külə dönüb.

Izmedia.az xəbər verir ki, hadisə dünən rayonun Qarğılı kəndində qeydə alınıb. Belə ki, kənd sakininə məxsus ikimərtəbəli evdə yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Buna baxmayaraq fərdi yaşayış evi tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş