VENESUELA RV-1 REAKTORUNDAN NÜVƏ MATERİALLARINI TƏCİLİ ŞƏKİLDƏ ÖLKƏDƏN ÇIXARIB

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Venesuela hökuməti Karakasda yerləşən Venesuela Elmi Tədqiqatlar İnstitutunun (IVIC) keçmiş RV-1 tədqiqat reaktorunda saxlanılan nüvə materiallarını ölkədən təcili şəkildə çıxarıb.

Məlumata görə, əməliyyat 2026-cı il 18–29 aprel tarixlərində həyata keçirilib və nüvə materiallarının çıxarılması, qablaşdırılması və ölkədən kənara daşınması proseslərini əhatə edib.

Rəsmi açıqlamalara əsasən, bu qərar ABŞ-ın 3 yanvar 2026-cı ildə IVIC obyektləri ətrafında keçirdiyi əməliyyatdan sonra yaranan risklərin artması ilə əlaqələndirilib.

Əməliyyatda Venesuela hökumət strukturları ilə yanaşı ABŞ Energetika Nazirliyinə bağlı Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA), Böyük Britaniya və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) də iştirak edib.

Məlumata görə, RV-1 tədqiqat reaktoru 1991-ci ildən istismardan çıxarılıb, 1997-ci ildə isə MAQATE ilə birlikdə tam bağlanması barədə qərar qəbul olunub. Qalan nüvə materialları nəzarətli və təhlükəsiz şəraitdə saxlanılırdı.

Venesuela tərəfi əməliyyatın beynəlxalq nüvə təhlükəsizliyi və nəzarət qaydalarına uyğun həyata keçirildiyini bildirib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş