Cəlilabad rayonunda yol qəzası baş verib.
Izmedia.az xəbər verir ki, hadisə Uzuntəpə yolunda qeydə alınıb.
Belə ki, qəza “Mercedes” markalı avtomobilin dönmə əməliyyatı etdiyi zaman baş verib. Əks istiqamətdən gələn və ötmə əməliyyatı həyata keçirən Qabil Abdullayevin idarəetdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi “Mercedes”in arxa qapı hissəsinə çırpılıb.
Zərbənin gücündən idarəetməni itirən “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq təxminən 100 metr məsafəyə yuvarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.



![]()

