Nepal üçün yeni təhlükə: Torpaq sürüşmələri və buzlaqların çökmə riski davam edir

1 Min Read
Çin Su Ehtiyatları Nazirliyinin məlumatına istinadən Çin Mərkəzi Televiziyası xəbər verir ki, yakın gələcəkdə yeni torpaq sürüşmələri Nepal sakinləri üçün ciddi təhlükə yarada bilər.
Peyk görüntülərini təhlil edən ekspertlər bölgədə buzlaqların çökmə riskinin davam etdiyini bildirirlər. Nazirliyin qiymətləndirməsinə görə, intensiv su axınlarının təsiri altında artıq müxtəlif ölçülü bir neçə torpaq sürüşməsi formalaşıb ki, bu da yerli əhali üçün real təhdid formalaşdırır.
Xatırladaq ki, avqustun 26-da Nepalın şimalında – Çinlə sərhəddə yerləşən Rasuvagadhi keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən qar uçqunu güclü daşqına səbəb olub. Dağ qayaları və su axını çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət edərək yasayış məntəqələrini yerlə-yeksan edib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ən azı 919 nəfər həlak olub, təxminən 2 min nəfər isə itkin düşüb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş